Daha bir universitetin tələbələrində koronavirus aşkarlandı
19 oktyabr 2021 11:24 (UTC +04:00)

Daha bir universitetin tələbələrində koronavirus aşkarlandı

Bakı Mühəndislik Universitetinin 3 tələbəsində koronavirus aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib. Onun sözlərinə görə, həmin tələbələr dərhal nəzarətə götürülüb:

“Həmin tələbələr 14 gün ərzində distant təhsilə cəlb olunub. Ancaq qruplarda aparılan yoxlamalar zamanı yoluxma aşkarlanmayıb. Hazırda həmin qruplar nəzarətdə saxlanılır, əgər yoluxma artarsa, distant təhsilə keçiriləcək. Hazırda universitetdə distant təhsilə keçən qrup yoxdur”.

 

# 1479
avatar

Oxşar yazılar