Son günün statistikası: 207 sağalma, 89 yoluxma, 2 ölüm
15 avqust 2020 17:03 (UTC +04:00)

Son günün statistikası: 207 sağalma, 89 yoluxma, 2 ölüm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697. nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4132
avatar

Oxşar yazılar