Son günün statistikası: 171 nəfər sağaldı, 162 nəfər yoluxdu,  2 nəfər öldü
21 avqust 2020 17:01 (UTC +04:00)

Son günün statistikası: 171 nəfər sağaldı, 162 nəfər yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, aktiv xəstə sayı 1 727 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 986, ötən müddət ərzində isə ümumilikdə 861 788 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3004
avatar

Oxşar yazılar