Son günün statistikası: 162 nəfər sağaldı, 146 nəfər yoluxdu, 1 nəfər öldü
19 avqust 2020 17:11 (UTC +04:00)

Son günün statistikası: 162 nəfər sağaldı, 146 nəfər yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510nəfər vəfat edib, aktiv xəstə sayı 1 747 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, ötən müddət ərzində isə ümumilikdə 849 628 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4000
avatar

Oxşar yazılar