Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 54174 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10460 nəfərdir.
Ölkədə son sutka ərzində 10179, hazırkı dövrədək isə 1341466 test aparılıb.