Bu qəsəbələrin işığı kəsilir
18 noyabr 2025 10:41 (UTC +04:00)

Bu qəsəbələrin işığı kəsilir

0

Abşeronda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq"dan Lent.az-a verilən xəbərə görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq Transformator Məntəqəsində (TM) və kabel hava xətlərində təmir işləri aparılacaq.

Məlumata görə, bununla əlaqədar olaraq saat 13:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Nizami, Niyazi küçələrində, həmçinin Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar