Bu nazirliyin satışa çıxardığı mənzilləri  ipoteka ilə   almaq mümkündür
18 yanvar 2023 18:15 (UTC +04:00)

Bu nazirliyin satışa çıxardığı mənzilləri ipoteka ilə almaq mümkündür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzilləri ipoteka ilə də almaq mümkündür.

Lent.az APA-ya istinadla bildirir ki, by barədə Sosial Xidmətlər Agentliyindən xəbər verilib.

Bildirilib ki, məlumat verildiyi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanacaq. Ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı olacaq.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.

Mənzillərə çıxarış (kupça) verildiyi üçün ipoteka predmeti də sayıla bilər. Mənzil almaq istəyən şəxslər bunun üçün banklara müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Oxşar yazılar