Bu gündən məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır
01 oktyabr 2021 08:02 (UTC +04:00)

Bu gündən məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır

Oktyabrın 1-dən etibarən Azərbaycanda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır.

Lent.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarında öz əksini tapıb.

2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3532

Oxşar yazılar