"Barmaqları şaqqıldatmaq sümüklərə heç bir ziyan vermir".
Lent.az məlumat verir ki, bu barədə həkim-nevropatoloq Qalib Əsədov deyib. O bildirib ki, bunun gələcəkdə əllərin əsməsinə gətirib çıxarması barədə fikirlər tamamilə yanlışdır:
"Heç bir elmi əsası da yoxdur. Bizim eşitdiyimiz şaqqıltı səsi, sadəcə oynaq daxili mayedəki qazların - təzyiqin azalması nəticəsində partlamasıdır. Oynaqdakı mayedə barmağımızı dartdıqda təzyiq azaldığı üçün həmin mayedə həll olmuş qazlar qabarcıqlar şəklində formalaşır".