Bakıda 30-a yaxın məktəb direktorsuz qalıb - SİYAHI
20 may 2022 14:21 (UTC +04:00)

Bakıda 30-a yaxın məktəb direktorsuz qalıb - SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində direktor vəzifəsi vakant olan məktəblərin sayı açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, İdarənin tabeliyində olan 28 təhsil müəssisəsinin direktoru vəzifəsi vakantdır.

Əlavə edilib ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 37 (109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96, 122, 105, 311, 177, 319, 323, 256, 130, 232, 80, 302, 320, 223, 216, 205, 210, 56, 209, 201, 166, 57, 226) yeni direktor təyinatı həyata keçirilib.

# 1932
avatar

Oxşar yazılar