Azərbaycanda  tələbə dekan   OLDU -  FOTO
13 iyul 2022 14:02 (UTC +04:00)

Azərbaycanda tələbə dekan OLDU - FOTO

Azərbaycanda tələbə dekan olub. 

Lent.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 4-cü kursunda oxuyan Yusuf Xəlil elə həmin fakültənin tələbə dekanıdır. 

Yusuf Xəlil universitetdəki fəaliyyətindən danışıb:

“Qrup nümayəndəsi olduğum üçün dekanlığa tez-tez gedir, oradakı işlərə kömək edirdim. Tələbələrlə münasibətim yaxşı olduğu üçün dekanımız İsrail Məhərrəmbəyli və dekan müavinimiz Sevinc Məhərrəmovanın təklifi ilə birləşmə nümayəndəsi seçildim. Ötən il fakültə üzrə tələbə dekanı seçilənədək Emin Hüseynovun müavini kimi fəaliyyət göstərmişəm. Ondan həm bu işin təşkilini öyrəndim, həm də dekanlıq və kafedralarla əlaqə quraraq təcrübəmi artırdım. Fürsətdən istifadə edib universitetin ictimai və sosial işləri ilə də yaxından maraqlandım, tədbirlərdə, yürüşlərdə aktiv iştirak edə bildim”. 

Yusuf Xəlil

# 3981
avatar

Aytəkin Cəlali

Oxşar yazılar