Azərbaycanda neçə jurnalist koronavirusdan ölüb? - CAVAB
20 oktyabr 2021 12:33 (UTC +04:00)

Azərbaycanda neçə jurnalist koronavirusdan ölüb? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu koronavirusdan ölən media işçiləri ilə bağlıdır. 

Azərbaycanda neçə jurnalistin COVID-19-a yoluxması və onlardan neçəsinin ölməsi barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib. 

O qeyd edib ki, pandemiya başlayandan bu günə kimi Azərbaycanda 300-dən çox jurnalist koronavirusa yoluxub.

Onun sözlərinə görə, onlardan 14-ü vəfat edib.

Ə. Amaşov Mətbuat Şurasının təşkilatçılığı ilə 1100-dən yuxarı jurnalistin vaksinasiya olunduğunu da əlavə edib.

# 2322
avatar

Oxşar yazılar