Azərbaycanda koronavirus  daha 4 nəfəri öldürdü   - SON STATİSTİKA
15 avqust 2022 23:20 (UTC +04:00)

Azərbaycanda koronavirus daha 4 nəfəri öldürdü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 805 213 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 230 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 206 nəfərdir.

Ölkədə son sutka ərzində 2 002, hazırkı dövrədək isə 7 097 152 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Oxşar yazılar