Azərbaycanda daha bir YENİYETMƏ  ana oldu
28 aprel 2023 14:04 (UTC +04:00)

Azərbaycanda daha bir YENİYETMƏ ana oldu

0

Quba rayonunda 17 yaşlı qız ana olub.

Lent.az xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Seyidovanın Oxu.Az-a verdiyi məlumata görə, aprelin 27-də günorta 13 radələrində Xaçmaz rayonunun Gödəkli kənd sakini, 17 yaşlı A.V. doğuş üçün xəstəxanaya müraciət edib:

“Körpə təbii doğuşla dünyaya gəlib. Ananın vəziyyəti kafidir, uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ananın yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər”. 

Hazırda hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3417

Oxşar yazılar