Əməliyyatda tort yeyən həkimlə bağlı ARAŞDIRMA BAŞLADI   - YENİLƏNİB - VİDEO
09 yanvar 2025 10:33 (UTC +04:00)

Əməliyyatda tort yeyən həkimlə bağlı ARAŞDIRMA BAŞLADI - YENİLƏNİB - VİDEO

Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.

Bu barədə Lent.az-a  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM)  məlumat verib.

“Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək”,- deyə məlumatda bildirilib.

 

***

8 yanvar

Saat 20:54

 

Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Lent.az xəbər verir ki, həkim bu barədə öz "İnstagram" hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Səhiyyə Nazirliyi Bakıda yerləşən "German Hospital" adlı özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunur ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək. /Medicina.az

Ətraflı videoda:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Ləman Sərraf

Oxşar yazılar