Azərbaycanda  bahalaşan məhsullar:   çörək, ət, yağ... -  SİYAHI
15 oktyabr 2021 12:05 (UTC +04:00)

Azərbaycanda bahalaşan məhsullar: çörək, ət, yağ... - SİYAHI

Azərbaycanda sentyabr ayında bahalaşan məhsullar açıqlanıb.

Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin əvvəlki ayına nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətlərində olub.

Ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

# 5553
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar