Azərbaycanda 100 minə  Qurani-Kərim kitabı satılır
02 mart 2024 11:16 (UTC +04:00)

Azərbaycanda 100 minə Qurani-Kərim kitabı satılır

Azərbaycanda Qurani-Kərim-in əlyazma kitabları satışa çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Məlumata əsasən, müqəddəs kitablar 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən yazılıb. Kitablar Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.

Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitablarda qədimi möhür və tarixləri sürmə ilə əks olunub.

Kitablar 100 min manata təklif olunur. Lakin bunun son qiymət olmadığı qeyd edilib.

Əlyazma Qurani-Kərim kitabları hazırda Bakı şəhərindədir.

# 6126
avatar

Oxşar yazılar