Ağıl paylayan ekspertlərimiz - Keçəlin dərmanı olsa...
25 yanvar 2023 17:47 (UTC +04:00)

Ağıl paylayan ekspertlərimiz - Keçəlin dərmanı olsa...

İllər öncə işlədiyim redaksiyaya bir cavan müxbir gəlmişdi. Yazı yazmaqla işi yox idi, harada tədbir, əyləncə var idi ora qaçmağı sevirdi. Çox işləməyə səbri çatmadı, 1 ay sonra “bu qədər  iş mənlik deyil” deyib çıxıb getdi. 

Yaxın günlərdə ard-arda müxtəlif telekanallarda ekspert qismində çıxış edən gördüm onu. Bir verilişdə evdar qadınlara məsləhət verirdi, başqa proqramda şou-biznesdən danışırdı, başqa bir verilişdə isə hüquq məsləhətlərindən... 

Danışdığında kəsərli bir şey yox idi. Söz yığını. Nə danışacaqdı ki? Keçəlin dərmanı olsa öz başına sürtərdi. Bu günlərdə təsadüfən bir tədbirdə qarşıma çıxdı. Harada işlədiyini soruşdum. Dedi ki, ekspertəm, televiziyalara ekspert kimi çıxıram. “Siz elə yaza-yaza yerinizdə durun. Mən artıq nüfuzlu adam, tanınan simayam”. Dedim, “utanmasan, oynamağa nə var ki”.

Mənim bildiyimə görə, proqramlara ekspert qismində çıxmaq üçün pul verilmir (hərçənd  pulsuz bütün günü efirlərə çıxıb, özünü biabır eləməyi də anlamıram). Məlum məsələdir ki, bu iş sayılmır. Amma keçmiş həmkarım kimi efirlərdə ekspert olub, başqalarına ağıl verməyi özünə iş-peşə edənlər var.

Onlara baxanda düşünürəm ki, dünyada Allahın ən ədalətlə payladığı şey ağıldır. Heç kim onun azlığından şikayət eləmir, heç kim demir ki, məndə azdır, səndə çox. Və ağıl yeganə nəsnədir ki, insanlar onu başqalarına verməyə xəsislik etmirlər. Eynən bizim teleekspertlərimiz kimi.

Hərçənd ailə qalmaqallarının müzakirə olunduğu, tolk-şoudan çox qeybətxananı xatırladan bu proqramlarda ekspertlər ağıl vermirlər, gah proqrama dəvət  almış şikayətçini ittiham edirlər, gah da proqramın reytinqi qalxsın deyə dava salır, ucuz şou göstərirlər. 

“Nə deyildiyinə baxma, kimin dediyinə bax” deyiblər.

Mənasız mövzuların mənasız müzakirələri, saxta ekspertlərin “moizələləri” onları izləyənlərə nə verir, hansı dərdimizə dərman olur? Bu proqramların təsiri altında böyüyən  uşaqlar hansı tərbiyəni alırlar? Ekspert dediklərimiz  hansı sahə üzrə hansı səviyyədə ekspertdilər, onların hər hansı məsələ ilə bağlı tövsiyə verməyə nə dərəcədə haqları, səlahiyyətləri var? Maraqlanan varmı? Yox. 

Gündəlik işi yerinə yetirmək və reytinq “qovdu-qaçdısında” ağla-qara qarışıb bir-birinə. Babalarımız deyərdi ki, axsaq atın kor nalbəndi olar? Heç mənasını düşünmüsünüz? Adam kordur, görmədən mıxı, çəkici atın ayağına vurub, onu şikəst edir. 

Bu gün televiziyalarımızın gördüyü iş  kor nalbəndin işindən fərqlənmir. Axsaq elədiyi isə düşüncəmizdir, yeni yetişən nəsillərdir, başqa sözlə gələcəyimizdir. 
 

# 2553
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
Azərbaycanda gələn il  pensiyalar artacaq

Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26
Bu qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsin  - Deputatdan TƏKLİF

Bu qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsin - Deputatdan TƏKLİF

24 may 2024 , 13:12
MEDİA onlayn media üçün  müsabiqə   elan etdi

MEDİA onlayn media üçün müsabiqə elan etdi

24 may 2024 , 12:46
Məhkəmə Ələsgər Məmmədli  ilə bağlı qərar verdi

Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi

24 may 2024 , 12:25
Sabah  güclü leysan   yağacaq - HAVA PROQNOZU

Sabah güclü leysan yağacaq - HAVA PROQNOZU

24 may 2024 , 12:15
Bu məktəblərin direktorlarına TÖHMƏT VERİLDİ

Bu məktəblərin direktorlarına TÖHMƏT VERİLDİ

24 may 2024 , 12:06
Bu illərdə doğulan bürclər yaxın  5 ildə pullanacaq

Bu illərdə doğulan bürclər yaxın 5 ildə pullanacaq

23 may 2024 , 18:56