Zeytun yağı koronavirusdan qoruyur?
21 avqust 2020 09:44 (UTC +04:00)

Zeytun yağı koronavirusdan qoruyur?

Koronavirusdan qorunmaq üçün zeytun yağından istifadə etmək tövsiyə olunur.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, Türkiyənin Selçuk Üniversitetinin Biyokimya bölməsinin müəllimi İsmail Tarhan təbii sızma zeytun yağında olan squalen adlı maddənin yeni tip koronavirus-COVID-19-a qarşı istifadə edilməsi haqda danışıb. O, həmin maddənin immuniteti gücləndirmək xüsusiyyətlərinə malik olduğunu, bununla da virusdan qoruduğunu vurğulayıb.

Mütəxəssis dünyada və Türkiyədə istehsal olunan zeytun yağları ilə bağlı araşdırma apardıqlarını açıqlayıb. Onun sözlərinə görə, araşdırma zamanı Yunanıstan, İspaniya, İtaliya və Portuqaliyada istehsal olunan zeytun yağı markaları ilə müqayisədə Türkiyənin zeytun yağlarında squalen maddəsinin faizinin daha yüksək olduğu məlum olub. Bildirilib ki, təxminən bir litr zeytun yağından bir qrama yaxın squalen əldə olunur. Bu, köpək balığından squalen maddəsinin əldə edilməsi ilə müqayisədə daha ucuz başa gəlir.

Hazırda dünyada koronavirus peyvəndi ilə bağlı aparılan araşdırmalara diqqət çəkən həkim bildirib ki, vaksinlərin ən əsas komponentini zeytun yağında olan squalen maddəsi təşkil edir. Bu maddə isə bir hidrokarbon törəməsi olub, peyvəndlərdə immun artırıcı olaraq istifadə olunmaqdadır. Squalen həmçinin tibbi ədəbiyyatlarda, bir çox araşdırmalarda xərçəng əleyhinə maddə, xərçəng agenti olaraq qeyd olunur.

Bununla da təbii sızma zeytun yağının immuniteti gücləndirən, xərçəngə qarşı faydalı komponentlərlə zənginliyinə görə, bol miqdarda istifadə olunması tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2374
avatar

Oxşar yazılar