Yusif, Uğur, Zəhra, Zeynəb - İyulda doğulan uşaqlara ən çox qoyulan adlar
17 avqust 2020 16:28 (UTC +04:00)

Yusif, Uğur, Zəhra, Zeynəb - İyulda doğulan uşaqlara ən çox qoyulan adlar

Bu ilin iyul ayında doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyul ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindan olanlara ən çox Yusif (209), Uğur (201), Əli (171), Hüseyn (162), Məhəmməd (129), Ömər (128), Murad (115), Raul (100), Ayxan (95) və Tunar (87) adları qoyulub.

Bildirilib ki, qız cinsindən olanlara isə Zəhra (224), Zeynəb (160), Aylin (151), Məryəm (140), Fatimə (137), Nuray (124), Nilay (121), Mələk (117), İnci (112  və Ayla (104) kimi adların verilməsi üstünlük təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2374
avatar

Oxşar yazılar