Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.
BNA bir daha bütün sürücülərə diqqətli olmağa, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edir.