“Ölkə Prezidentinin nitqlərində də qeyd olunub ki, vaksin məsələsində də qlobal həmrəyliyin göstərilməsi vacib məqamlardan biridir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanın buna görə əsas məqsədi BMT Baş Asambleyasının xüsusi sessiyanı çağırmaq idi: “Vaksin məsələsinin də bu sessiyada müzakirə olunur. Klinik testlərdən keçirilmiş vaksinlərdən hansının alınması ölkəmiz tərəfindən yaxından izlənilir. Aidiyyəti strukturlar və mütəxəssislər xarici mütəxəssislərlə birgə bu məsələni araşdırır”.
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə qeyd edib ki, ölkəmizə gələn xarici mütəxəssislərlə vaksin məsələsi müzakirə edilir: “Bir peyvəndin hazırlanıb insanların istifadəsinə verilməsi uzun zaman tələb edən prosesdir. Buna ehtiyatla yanaşmaq lazımdır. TƏBİB-in Elmi Şurasına da bütün dünyada peyvəndlə bağlı işlərin araşdırılması tapşırılıb. Bundan sonra dövlətə müəyyən təkliflər təqdim olunacaq”.