Süd vəzisində problem olanlar COVID-19 dönəmində nələri bilməlidir?
13 iyul 2020 09:09 (UTC +04:00)

Süd vəzisində problem olanlar COVID-19 dönəmində nələri bilməlidir?

Onkoloq-mammoloq, tibb üzrə fəlsəfə doktoru Həqiqət Vəliyeva e-tibb.az üçün yazdı:

Bu gün pandemiyanın hansısa formada təsir etmədiyi kimsə qalmayıb. Koronavirus pandemiyası insanların gündəlik həyat tərzini dəyişdirərək onların orqanizmində  gedən proseslərdə dəyişiklik yaratdığı kimi psixoloji durumlarına da cox güclü təsir göstərməkdədir. Demək olar ki, hər kəs bir qorxu, gərginlik, stress halındadır. Məhz bu stress halları da bir çox orqanların fəaliyyətinə mənfi təsirini göstərir, hətta bəzi orqanların işində geriyədönməz halların baş verməsinə səbəb olur. Stress faktorlarının ən çox təsir göstərdiyi orqanlardan biri də süd vəziləridir.

Süd vəzilərinin işi neyrohumoral yolla tənzim olunur. Buna görədə sinir sistemində baş verən cüzi dəyişiklik süd vəzilərində öz izini qoyur. Bu dəyişiklikləri hiss edən hər kəs çalışmalıdır ki, mümkün qədər özünü sosial izolyasiya ilə yanaşı stress yaradan faktorlardan da izolə etsin. Onları təşvişə salan xəbərlərdən, əhval-ruhiyyələrinə mənfi təsir edən, qorxu yaradan verilişlərdən özlərini təcrid etsinlər. Sinir sistemini zərərli məlumatlardan təmizləməyin ən yaxşı yollarından biri gəzmək, olduğun mühiti dəyişdirmək olsa da, mövcud vəziyyətdə bunlar mümkün deyildir.

Başqa üsullardan - normal yuxu rejimini gözləmək, düzgün qidalanmaq, idman etmək, evin havasını tez-tez dəyişmək bu halları bir qədər azalda bilər. Sinir sistemlərinə mənfi təsir edən hallardan özlərini uzaq tutsalar da, stressdən qoruna bilmirlərsə, həkimlərinin məsləhəti ilə sakitləşdirici preparatlardan istifadə edə bilərlər. Yüngül sakitləşdiricilərdən (sedativ dərman vasitələri) istifadə etmək süd vəzilərinə zərərli təsir göstərmir.

Lakin güclü sakitləşdiricilər (psixotrop qrup dərman preparatları, antidepressantlar) süd vəzilərinə zərərli təsir göstərə (hipofiz vəzisinə təsir gostərməklə prolaktin sintezini dəyişdirir, həmçinin estrogen, follikul stimuləedici, lüteinləşdirici və s. hormonlar vasitəsilə) bilirlər.

Süd vəzilərində heç bir problemi olmayan qadınlar bu preparatları qəbul etdikdən sonra süd vəzi giləsindən ifrazat gəlməsini, süd vəzilərinin böyüməsini, agrılı olmasını, bərkimələrin əmələ gəlməsini müşahidə edə bilərlər.

Süd vəzilərində artıq xəstəlik müəyyən olunmuş qadınlarda isə bu preparatların qəbulundan sonra şikayətlərin daha da artması müşahidə oluna bilər. Stress faktoru həmçinin immun sistemimizin zəifləməsinə səbəb olur. Süd vəzisi xəstəliyi olan, ümumiyyətlə, onkoloji xəstələrdə immun sistem onsuz da tükənmış vəziyyətdə olur. Bu gün hər kəs virusla mübarizədə orqanizmin immun sistemini gücləndirməklə virusdan qorunmaq və ya virusa qalib gəlmək istəyir. Bunun üçün müxtəlif vitamin preparatlarından da istifadə edirlər. Süd vəzisində hər hansı bir xəstəliyi olan xəstələr təşvişlə vitaminlərin onların xəstəliyini artıracağını düşünürlər. Süd vəzisində hər hansı bir xəstəlik olan, həmçinin süd vəzisində bədxassəli şiş olan xəstələr bilməlidirlərki, vitamin preparatlarını qəbul etmələri onların xəstəliyini artırmır. Amma bir halı nəzərdən qaçırmamalıdırlar ki, nəzarətsiz olaraq bəzi vitaminlərin orqanizmə lazım olduğundan çox qəbul edilməsi onlara toksiki təsir göstərə (hipervitaminoz yaradaraq) bilər. Mən vitamin preparatlarının qəbulunun çox da gərəkli olduğunu düşünməsəm də, vitaminli qidaların rasionda üstünlüyünü tövsiyə edirəm. Bir çox vitaminlər orqanizmimizdə əmələ gəlsə də, bəzi vitaminlərin yeganə mənbəyi qida məhsullarıdır...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2788
avatar

Oxşar yazılar