12 iyul 2020 tarixində işğalçı erməni hərbi qüvvələri Azərbaycanın Tovuz istiqamətində qəflətən təxribat xarakterli hücuma keçməyə cəhd göstərmiş və Azərbaycan ordusu tərəfindən layiqli cavab verilmiş və hücum edən tərəf xeyli itkilərlə üzləşmişdir.
Lent.az trend-ə istinadən xəbər verir ki, Ermənilərin təxribat məqsədli cəhdləri nüfuzlu xəbər agentliklərinin əsas mövzsusuna çevrilmiş, sosial şəbəklərdə müzakirələrə səbəb olmuşdur. Xüsusilə, ərəbdilli xəbər agentliklərinə məxsus sosial şəbəkələrdə son hadisələrlə bağlı paylaşılmış xəbərlərin şərh bölməsində ərəbdilli ermənilər Azərbaycanla bağlı yalnış məlumatlar verməklə oxucuları çaşdırmağa çalışmışdır. Lakin Azərbaycan tərəfindən təmsil olunan ərəbşünaslar və ərəb dilini bilən şəxslər könüllü olaraq ermənilərin dezinformasiya xarakterli rəylərinə qətiyyətlə cavab vermiş, Azərbaycanın haqlı mövqeyini bildirən, mötəbər dəlillərə əsaslanan məlumatlar paylaşmışdır.
Azərbaycanlı ərəbşünasların informasiya müharibəsi çərçivəsində qətiyyətli addımları ərəb oxucuları tərəfindən rəğbətlə qarşılanıb.