Sabahın hava PROQNOZU
22 avqust 2020 12:38 (UTC +04:00)

Sabahın hava PROQNOZU


23 avqustda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az- verilən xəbərə görə, 23 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20,  gündüz  21-24, Bakıda  gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm  civə sütununa  yüksələcək,  nisbi rütubət 70-80 faiz olacaq.   

Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək, axşam mülayimləşəcək. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

23 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz  7-11 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4057
avatar

Oxşar yazılar