“Hazırda regionlara gediş-gəliş müzakirə olunur”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilərək bu məsələyə yenidən baxılacaq: “Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər”.