Rayon sakini Bakıda zibilxanaya görə cərimələndi
20 avqust 2020 15:58 (UTC +04:00)

Rayon sakini Bakıda zibilxanaya görə cərimələndi

Xətai rayonunun E.Əliyev küçəsi 1 ünvanında sənaye tullantılarının qalaqlanması faktı aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna və sənaye tullantılarının qalaqlanmasına görə Biləsuvar rayon sakini Zahir Məhərrəmov barəsində protokol tərtib olunub. Ona 800 manat məbləğində inzibati cərimə tətbiq edilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2602
avatar

Oxşar yazılar