Prezident şəhid generalın və polkovnikin ailə üzvlərinə başsağlığı verdi
15 iyul 2020 13:43 (UTC +04:00)

Prezident şəhid generalın və polkovnikin ailə üzvlərinə başsağlığı verdi


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6901
avatar

Oxşar yazılar