Bu gün yerli mediada sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunması ilə bağlı məlumat yayılıb.
Bu barədə Lent.az-a açıqlama verən ADU-nun mətbuat katibi Ağa Cəfərli bildirib ki, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmlər üzrə prorektoru vəzifəsinə təyin edilib və sabah onun universitetdə kollektivə təqdimatı baş tutacaq.