“Naxçıvana təyyarə reyslərin artırılması məsələsinə baxılır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, gündə 1 reys olmaqla Naxçıvan istiqamətində reyslər həyata keçirilir: “Əlavə reyslərin yerinə yetirilməsi məsələsi müzakirə olunur”.