Məktəblər üzrə şagird sıxlığı və epidemioloji vəziyyət nəzərə alınmaqla sinifdə maksimal şagird sayı normaları müəyyən ediləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktəblərdə sosial məsafənin gözlənilməsi, gigiyena vasitələrindən istifadə (maskalar, müəllimlər tərəfindən üz sipərlərindən istifadə, hərarətin ölçülməsi, qızdırması olan şagirdlərin dərsə buraxılmaması) ilə bağlı təlimatlar müəyyən ediləcək.
Kütləvi toplaşma məkanlarının (bufetlər, soyunub-geyinmə otaqları və s.) fəaliyyəti üzrə təlimatlar hazırlanacaq.
Hər üç məsələ barədə ictimaiyyət öncədən məlumatlandırılacaq.