“Təhsil Nazirliyi qarşısında artıq bu tapşırıq qoyulub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir: “Onlar tərəfindən təkliflər, qeydlər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq. Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq”.