Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan vətəndaşlarına müraciət edib.
Qurumdan Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşlığına qəbul, Azərbaycan vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan vətəndaşlarının müraciətləri avqustun 20-dən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcəkdir.