Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI
07 noyabr 2020 12:52 (UTC +04:00)

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Noyabrın  8-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Leent.az-a verilən xəbərə görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz  14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 773  mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.  

Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-12,  gündüz 14-18, dağlarda gecə 1-5, gündüz  5-9 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.   

 

# 736
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar