Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 0:00-dan 27 iyul səhər saat 6:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri aparılacaq.