Küləkli hava nə qədər davam edəcək? - PROQNOZ
24 iyul 2020 13:25 (UTC +04:00)

Küləkli hava nə qədər davam edəcək? - PROQNOZ

25 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 25 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  

<ins'></ins'>

gündüz 30-35,  Bakıda  gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

25 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı,   ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu  gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 25-də Abşeron yarımadasında bəzi saatlarda durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8599
avatar

Oxşar yazılar