Karxana rəhbərinə toz və səs-küyə görə XƏBƏRDARLIQ
27 avqust 2020 11:54 (UTC +04:00)

Karxana rəhbərinə toz və səs-küyə görə XƏBƏRDARLIQ

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı  ətrafa tozun  və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.

Xidmətdən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun  və səs-küyün yayılması faktı təsdiqini tapıb.

Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663
avatar

Aygün İbrahimli

Oxşar yazılar