Karantin günlərində dövlət orqanlarına müraciət edə bilmirsinizsə... - OXUYUN
23 aprel 2020 17:57 (UTC +04:00)

Karantin günlərində dövlət orqanlarına müraciət edə bilmirsinizsə... - OXUYUN

Ölkədə koronavirus pandemiyası səbəbilə tətbiq olunan karantin rejimi bir çox xidmət sahələrinin fəaliyyətini məhdudlaşdırıb. Görəsən, ayrı-ayrı dövlət qurumları vətəndaşların qəbulunu davam etdirirmi? Xüsusən hüquq-mühafizə orqanlarıda bu baxımdan vəziyyət nə yerdədir? Karantin rejimi tətbiq olunandan sorna məhkəmə prosesləri keçirilibmi?

Məhkəmə-Hüquq Şurasının mətbuat katibi Seyfəlpaşa Əliyev Lent.az-a açıqlamasında, hazırda ancaq təxirəsalınmaz işlərə baxıldığını bildirib:

“Ali Məhkəmənin koronavirusla bağlı plenium qərarı oldu. Məhkəmələrə tövsiyə olundu ki, bütün təxirəsalınmaz qaydada baxılan işlərə dərhal baxılsın. Digər işlər isə təxirə salınsın. Hazırda həbs-qətimkan tədbiri, inzibati həbslə bağlı olan məsələlərə dərhal baxılır. Vətəndaşların poçt və ya Elektron İnformasiya Məhkəməsi vasitəsilə göndərdiyi müraciətlər qeydə alınır, ancaq karantindən sonra baxılır. Məndə olan məlumata görə, karantin günlərində Xətai rayon məhkəməsi cinayət işini onlayn qaydada həyata keçirib. Ancaq mülki işlər üzrə məhkəmələrin keçirilməsilə bağlı dəqiq məlumat yoxdur”.

Hüquqşünas Şamil Paşayev isə dövlət orqanlarının vətəndaşları qəbuletmə prosesindən danışın. Onun sözlərinə görə, insanlar ya poçt, ya da şəxsən qəbula getmək vasitəsilə öz problemlərini qaldıra bilərlər:

“Vətəndaşların tələbləri haqqında” qanuna əsasən, onların müraciətlərinə ən geci 15 iş günü ərzində baxılmalıdır. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə 15 iş günü ərzində baxılır. Bundan başqa əgər məlumatın verilməsi barədə müraciətə qeyd etdiyimiz müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda, dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Bu prosesə 20 iş günü baxılır və 10 gün müddətinə uzadıla bilər. Vətəndaşlar poçt vasitəsilə müraciət edə və şəxsən qəbula gedə bilərlər. Qəbula gedəndə onlar qəbul edilməli, ərizələri alınmalı və həmin yerdə poçt qutusu olmalıdır ki, vətəndaş ərizəsini təqdim edə bilsin.

Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3393
avatar

Mehman Nəbiyev

Oxşar yazılar