İyul ayında sirkə turşusundan zəhərləndiyi üçün 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Amma bu hadisələrdən ölüm faktı qeydə alınmayıb.
Bu barədə Lent.az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, may ayında sirkə turşusundan zəhərlənən 3 nəfərdən biri dünyasını dəyişib. İyunda isə bu vasitədən zəhərlənən iki nəfər olub ki, ölüm baş verməyib.