Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər qüvvədədir.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti qadağandır:
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.
Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.