Həftənin ilk iş gününün hava PROQNOZU
26 iyul 2020 13:11 (UTC +04:00)

Həftənin ilk iş gününün hava PROQNOZU

İyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  30-35, Bakıda  gecə 24-26, gündüz  33-35 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

27 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi  şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz  20-25 dərəcə  isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6777

Oxşar yazılar

Mahir Xəttab

Azyaşlı qızını ərə, yoxsa ölümə vermək? – Mahir Xəttab yazır

22 may 2025 , 13:58
Şampun və sabunlarda xərçəngə səbəb olan  təhlükəli maddə AŞKARLANDI

Şampun və sabunlarda xərçəngə səbəb olan təhlükəli maddə AŞKARLANDI

22 may 2025 , 13:22
“Ambulans gəldi, kəndə girə bilmədi” -VİDEO

“Ambulans gəldi, kəndə girə bilmədi” -VİDEO

22 may 2025 , 13:00
Sabah yay havası  olacaq - PROQNOZ

Sabah yay havası olacaq - PROQNOZ

22 may 2025 , 12:30
Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün iş olmayacaq

22 may 2025 , 12:21
QMİ onu İrəvan qazısı   təyin etdi

QMİ onu İrəvan qazısı təyin etdi

22 may 2025 , 11:58
Şeyx özünə yeni müavin  təyin etdi

Şeyx özünə yeni müavin təyin etdi

22 may 2025 , 11:49
Sumqayıtda qaz KƏSİLDİ

Sumqayıtda qaz KƏSİLDİ

22 may 2025 , 11:31