Gürcüstandan 200 Azərbaycan vətəndaşının təxliyəsi başa çatdırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilən vətəndaşların Azərbaycan ərazisinə keçməsi təmin edilib.
11:05
Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb.
APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilən vətəndaşlar bu dəqiqələrdə paytaxt Tbilisidən 4 xüsusi avtobusla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınıblar. Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.
09:31
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.
APA-nın yeri bürosu xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.
Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.
Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.