Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Lent.az-a verilən məlumata görə, qərara əsasən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 25 və 26 iyul tarixlərində hərəkətdə olmayacaq.