DSMF-nin tarixində ilk: 197 milyon manatlıq ehtiyat fondu formalaşdırılıb
05 avqust 2020 13:23 (UTC +04:00)

DSMF-nin tarixində ilk: 197 milyon manatlıq ehtiyat fondu formalaşdırılıb

“Son 1 ildə əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilib. Bu, ümumi pensiya təyinatının 80%-ni əhatə edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, aktual hesablamalara əsasən, müəyyən edilib ki, saxta işlər üzrə ödəmələr davam etdirilsəydi, Dövlət Sosial Müdafiə Fondu 735 milyon manat ödəmələr etməli olacaqdı: “Eyni zamanda son 2 ildə məhkəmələrdə fondun əleyhinə qəbul edilən qərarlarda 87% azalma var. Fondun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manatlıq ehtiyat fondu formalaşdırılıb. Layihədə fondun ehtiyatı olan 197 milyon manat vəsait fondun gəliri kimi götürülür. Ötən il fond tərəfindən 300 milyon manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005
avatar

Oxşar yazılar