DİM-dən magistraturaya qəbul olunan bakalavrlara MÜRACİƏT
09 iyul 2020 16:13 (UTC +04:00)

DİM-dən magistraturaya qəbul olunan bakalavrlara MÜRACİƏT


Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib. 

DİM-dən Lent.az-a verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı iyulun 15-dək davam edəcək və və bu proses ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı  2020-ci il iyulun 6‑dan başlayıb və  iyulun 15-dək davam edəcək.

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2878
avatar

Oxşar yazılar