“Biznes subyektləri yeni tələbləri nəzərə almaqla fəaliyyətlərini qurmalıdırlar”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
O bildirib ki, biznes subyektləri və vətəndaşlar tərəfindən bütün qaydalara əməl edilməlidir.
“Qaydalara əməl edən biznes subyektləri daha tez nəticə əldə edəcəklər. Qaydalara riayət edilməsə, hökumət yenidən yumşalma ilə bağlı qərarına baxacaq. Biz isə bunu istəmirik. İqtisadi fəallığın bərpa olunmasını istəyirik. Biz öz səhhətimizi riskə ataraq, ailə üzvlərimizin də həyatın riskə atmış oluruq. Ona görə də biznes subyektlərindən qaydalara riayət etməsini tələb edirik. Bununla yanaşı hökumət tərəfindən də nəzarət tədbirləri görüləcək. Hazırda cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”, - deyə nazir müavini vurğulayıb.