Hər bir çimərliyin sosial-məsafəyə riayət edilməsi ilə əlaqədar tutum sayı müəyyən edilib.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, çimərliklər səhər saat 08:00-dan axşam saat 21:00-dək fəaliyyətdə olacaq: "Çimərlik kimi istifadə ediləcək yerlər isə saytda yerləşdirilib. Çimərliklər sahil zolağında bir-birinin yaxınlığında yerləşir".