Bakıda kənd təsərrüfatı məhsullarının üçün həftə sonları təşkil olunan satışı yarmarkaları, bal yarmarkaların keçirilməsi üçün arıçıların ixtiyarına verilə bilər.
Bunu "APA-Economics"ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ müzakirə mövzusudur və mövcud vəziyyət səbəbindən ötən illər təşkil olunan yarmarkalara alternativ olaraq baxılır: "Bu il paytaxtda növbəti bal yarmarkasının keçirilməsi sentyabr ayının sonunadək nəzərdə tutulur. Düzdür, hələ buna dair konkret qərar olmasa da, arıçılar tərəfindən hazırlıq işləri aparılır. 300-dək arıçının qatıla biləcəyi yarmarka paytaxtın müxtəlif yerlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının həftəlik yarmarkalarına keçirilməsi nəzərdən keçirilir".