Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsi "Daşkəsən" Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək. Bununla bağlı olaraq avqustun 27-28 -də Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir.
Təmir işlərinin gedişindən asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı avqustun 27-də gün ərzində bərpa edilə bilər.