Bu preparat COVID-19-a qarşı müalicədə effektiv deyil
10 iyul 2020 10:57 (UTC +04:00)

Bu preparat COVID-19-a qarşı müalicədə effektiv deyil

Qrip əleyhinə istifadə olunan “Favipiravir” (həmçinin “Aviqan” kimi də tanınır) preparatının yeni koronavirus (COVID-19) infeksiyasının müalicəsində effektiv olmadığı müəyyənləşib.  

APA-nın xəbərinə görə, “Kiodo” agentliyinin yaydığı məlumatda bildirilir ki, “Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.

O da bildirilib ki, Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanmış “Favipiravir” preparatının klinik sınaqlarına bu ilin yazında başlanılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2791
avatar

Oxşar yazılar